Slovakiya millisinin qapıçısı Martin Dubravka karyerasını "Tottenhem"də davam etdirəcək.
Apasport.az xəbər verir ki, 37 yaşlı qolkiper London təmsilçisinə azad agent kimi qoşulub.
Təcrübəli qapıçı son olaraq "Bernli"nin formasını geyinib. Müqaviləsinin başa çatmasından sonra sərbəst qalan Dübravka "Tottenhem"lə anlaşıb. Transfer üçün hər hansı ödəniş edilməyib.
Qeyd edək ki, Martin Dubravka karyerası ərzində "Jilina", "Esbyerq", "Slovan Liberets", "Sparta" (Praqa), "Nyukasl" və "Mançester Yunayted" kimi klublarda çıxış edib.
O, Slovakiya millisinin heyətində 50-dən çox oyun keçirən qapıçı DÇ-2026-da da komandasının əsas üzvlərindən biri olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"