Dünya Çempionatı oyunlarının keçiriləcəyi stadionlar açıqlanıb
19.07.2024 - 20:49
Dünya Çempionatı oyunlarının keçiriləcəyi stadionlar açıqlanıb

Futbol üzrə 2030-cu il dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən olan İspaniyada oyunların keçiriləcəyi 11 stadionun adını açıqlanıb.

Apasport.az xəbər verir ki, mundialın İspaniyadakı qarşılaşmaları "Anoeta" (San Sebastyan), "Kamp Nou" (Barselona), "Qran Kanariya" (Las-Palmas), Olimpiya stadionu (Sevilya), "Rosaleda" (Malaqa), "Nueva Romareda" (Saraqosa), "Kornelya - El Prat" (Barselona), "Riasor" (La-Korunya), "San-Mames" (Bilbao), "Metropolitano" (Madrid), "Santyaqo Bernabeu" (Madrid) stadionlarında gerçəkləşəcək.

Turnirin final görüşünün Madriddə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2030-cu ildə mundiala 6 ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.

 

0