
Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, asiyalılar bu hüquqa yiyələnən ilk komanda olub.
Yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreynlə qarşılaşıblar.
Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.
Yaponiya yer aldığı C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. “Gündoğar ölkə” təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
- Rüdiger üçün şok iddia: “O, millidən qovulmalıdır”
- Ronaldinyo: "Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam"
- Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR
- Palmer qərarını verdi: "Çelsi"də qalacaq?
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb