2026-cı il Dünya Çempionatında maraqlı ssenari ortaya çıxa bilər.
Apasport.az xəbər verir ki, ABŞ və İran milliləri qruplarını ikinci pillədə başa vursalar, 1/16 final mərhələsində üz-üzə gələcəklər.
Belə ki, turnir cədvəlinə əsasən, D qrupunun ikincisi ilə G qrupunun ikincisi pley-offun ilk mərhələsində rəqib olacaq.
Qruplarda ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticəyə malik 8 üçüncü yer sahibi də 1/16 finala yüksələcək.
ABŞ D qrupunda Paraqvay, Avstraliya və Türkiyə ilə mübarizə aparacaq. İran isə G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında ümumilikdə 48 komanda iştirak edəcək.