Dünya çempionu vəfat edib
05.08.2025 - 18:19
Dünya çempionu vəfat edib

Almaniya yığmasının sabiq futbolçusu Frank Mill vəfat edib.

Apasport.az xəbər verir ki, milli komanda ilə dünya çempionu olmuş veteran hücumçu 67 yaşında dünyasını dəyişib.

O, may ayında ürəktutması keçirib.

Mill karyerası ərzində "Rot-Vayss Essen", "Borussiya" (Münhenqladbax), "Borussiya" (Dortmund) və "Fortuna" kimi klublarda çıxış edib.

Qeyd edək ki, Mill Almaniya yığmasının heyətində 1990-cı ildə İtaliyada təşkil olunan dünya çempionatının qalibi olub.