Pleymeyker kimi qapıçı: Ederson tarixə düşdü
15.02.2025 - 23:02
Pleymeyker kimi qapıçı: Ederson tarixə düşdü

"Mançester Siti"nin qolkiperi Ederson İngiltərə Premyer Liqası tarixinə adını yazdırıb.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu 6 məhsuldar ötürmə ilə Premyer Liqa tarixində ən çox assist edən qapıçı olub.

Ederson bu nailiyyətə "Nyukasl Yunayted"lə matçda (4:0) 1 məhsuldar ötürmə edərək sahib çıxıb.

Qeyd edək ki, bu rekord daha əvvəl karyerası ərzində 5 məhsuldar ötürmə ilə yadda qalan İngiltərə millisinin sabiq qolkiperi Paul Robinsona aid idi.