"Əl-Hilal"dan Neymarın zədəsi ilə bağlı açıqlama
17.07.2024 - 12:12
"Əl-Hilal"dan Neymarın zədəsi ilə bağlı açıqlama

Dizindəki zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan ulduz braziliyalı hücumçu Neymar meydana qayıtmağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə “Əl-Hilal”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ulduz futbolçu komanda ilə məşqlərə başlayıb. 

32 yaşlı forvard keçən ilin oktyabrından çarpaz bağlarının qopması səbəbindən ötən mövsümü başa vura bilməyib.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayında "Əl-Hilal"ın sıralarına qoşulub. Hücumçu Səudiyyə yığmasının heyətində cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

0