“Əl İttihad” Benzema ilə bağlı qərar verib
11.12.2025 - 15:09
Fransalı hücumçu Kərim Benzema yayda “Əl İttihad”dan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
Klub rəhbərliyi 2026-cı ilin yayına qədər müqaviləsi olan 37 yaşlı futbolçu ilə yola davam etməmək qərarı alıb.
Benzema 2023-cü ildən “Əl İttihad”da çıxış edir. O, bu mövsüm 12 oyunda 11 qol vurub.
0
0