Hazırda karyerasını Fransanın “Monako” klubunda davam etdirən və müqavilə ilə “Beşiktaş”a məxsus olan Əl-Musratinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Liviya millisinin üzvü yayda Super Liqa təmsilçisinə geri qayıdacaq.
Bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Tiaqo Skuro jurnalistlərə açıqlamasında məlumat verib. Klub rəsmisi futbolçunun komandada qalmayacağına dair qərarın həm Əl-Musratiyə, həm də “Beşiktaş” rəhbərliyinə bildirildiyini deyib.
Xatırladaq ki, “Monako” 29 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində “qara qartallar”dan 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürmüşdü.
Qeyd edək ki, Əl-Musrati Fransa klubunun heyətində 11 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq