Emreli oynadı, komandası məğlub oldu
05.04.2025 - 23:14
Almaniya II Bundesliqasında XXVIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" öz meydanında "Hamburq"la üz-üzə gəlib.
Ev sahibləri rəqibinə 0:3 hesabı ilə məğlub olublar.
Matça ehtiyat oyunçular skamyasında start verən Emreli 57-ci dəqiqədə meydana çıxıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, ardıcıl ikinci dəfə uduzan "Nürnberq" 41 xalla 9-cu pillədə qərarlaşıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0