Ərəblərin Barış Alper israrı davam edir
13.08.2025 - 17:17

Səudiyyə Ərəbistanı təmsilçisi “Neom”un Barış Alper Yılmaz israrı davam edir.
Apasport.az xəbər verir ki, futbolçunun müqavilə ilə məxsus olduğu “Qalatasaray” 25 yaşlı vinger üçün gələn 20 milyon avroluq ikinci təklifi də rədd edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, “sarı-qırmızılılar” oyunçunun satışından daha yüksək gəlir əldə etmək istəyir. “Neom” Türkiyə millisinin üzvü üçün üçüncü təklifi göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Qalatasaray” Səudiyyə Ərəbistanı klubunun 15 milyon avroluq ilk təklifini də rədd etmişdi.
0
0