“Everton” “Fənərbaxça”ya “yox” dedi
24.01.2026 - 13:22
“Everton” “Fənərbaxça”ya “yox” dedi

“Everton” “Fənərbaxça”nın Beto üçün göndərdiyi təklifi rədd edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Premyer Liqa təmsilçisi “sarı-lacivərdlilər”in hücumçu üçün etdiyi icarə təklifini qəbul etməyib.

İddialara görə, Mersisayd klubu 27 yaşlı forvardın satışından 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.

“Fənərbaxça”nın dəvəti ilə danışıqlar aparmaq üçün İstanbula gələn futbolçunun nümayəndəsi klublar arasında razılıq əldə olunmadığı üçün şəhəri tərk edib.

Qeyd edək ki, “Everton” Betonu 2023-cü ildə “Udineze”dən 25 milyon avroya transfer edib. Futbolçu cari mövsümdə meydana çıxdığı 25 rəsmi oyunda 3 qol vurub.