“Everton”un futbolçusu “Barselona”nın hədəfində
08.12.2023 - 17:26
“Everton”un futbolçusu “Barselona”nın hədəfində

"Barselona" yarımmüdafiə xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Everton"un yarımmüdafiəçisi Amadu Onanaya göz dikib.

İspanlar Belçika millisinin də şərəfini qoruyan 22 yaşlı futbolçunun fiziki xüsusiyyətlərini və topu idarə etmək bacarığını yüksək qiymətləndirirlər. 
Transferin yaxın zamanda gerçəkləşəcəyi gözlənilir. 

Qeyd edək ki, 2022-ci ilin yayından "Everton"da çıxış edən Onana cari mövsüm 14 matçda aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.
 

0