Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Olimpiya" oyunundan əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az saytı xəbər verir ki, ilk olaraq Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq.
O, sabah 18:45-də “Azərsun Arena”nın mətbuat zalında qarşılaşma öncəsi fikirlərini bildirəcək. Ağdamlıların ilk 15 dəqiqəsi azarkeşlər üçün açıq olan son məşqi 19:00-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq.
"Olimpiya"nın baş məşqçisi İliya Stolitsa isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Sloveniya təmsilçisinin son məşqi 20:30-da görüşün keçiriləcəyi stadionda olacaq.
Qeyd edək ki, iyulun 18-də keçiriləcək “Qarabağ” – “Olimpiya” matçı 21:00-da start götürəcək.