[b]Fellayni "Mançester Yunayted"lə müqavilə yenilədi[/b]
29.06.2018 - 17:42
[b]Fellayni "Mançester Yunayted"lə müqavilə yenilədi[/b]

Maruan Fellayni “Mançester Yunayted”lə müqaviləsini yeniləyib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, belçikalı futbolçu daha iki il “qırmızı şeytanlar”ın formasını geyəcək.

 

Şərtlərə əsasən, 2020-ci ilə qədər nəzərdə tutulan sazişin daha bir il uzadılması mümkündü.

 

30 yaşlı yarımmüdafiəçi fikirlərini klubun saytı ilə bölüşüb: “Mançester Yunayted”in futbolçusu kimi yoluma davam edəcəyimə görə sevinirəm. Burda xoşbəxt olduğum üçün belə bir qərar verdim. Həmçinin komandanın Joze Mourinyonun rəhbərliyi altında bir neçə titul qazanacağına inancım tamdı. Mənə həmişə inandığına görə Jozeyə minnətdaram. İndi isə bütün diqqətimi dünya çempionatına yönəltmişəm. İrəlidə məni uğurlu mövsüm gözləyir”.

 

Qeyd edək ki, Maruan Fellayni 2013-cü ildən bəri “Mançester Yunayted”də çıxış edir.