"Fənərbaxça" azarkeşlərini qəzəbləndirən daha bir transfer
09.07.2024 - 12:05
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Trabzonspor” Attila Szalaini hədəf alıb.
Apasport.az xəbər verir ki, “Qara dəniz”lilər Attilanın klubu “Hoffenheym”lə razılığa çox yaxındır. Futbolçunun özü də yeni komandaya qoşulmağa isti yanaşır.
“Fənərbaxça”dan 12,3 milyon avro qarşılığında alman klubuna keçən macar müdafiəçi ötən mövsüm icarə əsasında “Frayburq”da oynayıb.
Qeyd edək ki, “Hoffenheym”lə müqaviləsi 2027-ci ilə qədər olan Attila keçən sezon cəmi 8 oyunda meydana çıxıb.
- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
- “Kayserispor” Baxçalıya məruzə etdi: "Liqanın nəticələri təsdiqlənməsin"
1
0