"Fənərbaxça" azarkeşlərinin ahı tutdu: Ozan Tufan zədələndi
30.09.2024 - 11:45
"Fənərbaxça" azarkeşlərinin ahı tutdu: Ozan Tufan zədələndi

Super Liqa təmsilçilərindən “Trabzonspor” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qara dəniz təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan sıradan çıxıb. 

“Konyaspor”la oyunda xəsarət alan Ozan meydanı qoltuq dəyənəyinin yardımı ilə tərk edib. 29 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək. 

Onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. 

“Trabzonspor” “Konyaspor”u 3:1 hesabıyla məğlub edib.

Qeyd edək ki, sabiq "Fənərbaxça"lının "Hall Siti"dən "Trabzonspor"a keçidi "sarı-lacivərdli" azarkeşlər tərəfindən ciddi tənqidlərə məruz qalmışdı. 

0