“Fənərbaxça” Ferdinin yerinə onu düşünür
08.08.2024 - 19:52
“Fənərbaxça” Ferdinin yerinə onu düşünür

"Fənərbaxça" Ferdi Kadoğlu üçün İngiltərədən gələn təklifləri dəyərləndirir.

Apasport.az xəbər verir ki, futbolçunun gedəcəyi təqdirdə, onu Maksim De Kuyper əvəzləyə bilər.

Türkiyə klubunun idman direktoru Mario Branko futbolçunun meneceri ilə görüşüb. Ferdinin gedişi rəsmiləşərsə, "Brügge"yə rəsmi təklif göndəriləcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm Belçika təmsilçisinin heyətində 62 matça çıxıb, 5 qol, 15 qol ötürməsi ilə yadda qalıb.


 
 

0