“Fənərbaxça” futbolçusuna şərt qoyub
15.12.2025 - 16:53
Türkiyənin “Fənərbaxça” klubu əsas komandadan kənarlaşdırdığı Rodriqo Bekao ilə birdəfəlik vidalaşmaq istəyir.
Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi qışda özünə yeni komanda tapa bilməsə, müqaviləsinə xitam veriləcək.
29 yaşlı oyunçunun “sarı-lacivərdlilər”lə hazırkı sözləşməsi 2028-ci ilin yayında başa çatacaq.
Futbolçu bu mövsüm zədə səbəbindən cəmi 1 oyunda meydana çıxıb.
Qeyd edək ki, daha əvvəl hücumçu Cenk Tosun və yarımmüdafiəçi İrfan Can Kahveci əsas komandadan uzaqlaşdırılıb.
0
0