"Fənərbaxça" italiyalı çalışdırıcı ilə danışıqlara başladı
22.05.2024 - 12:32
"Fənərbaxça" italiyalı çalışdırıcı ilə danışıqlara başladı

Seriya A təmsilçilərindən “Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya klubunu tərk edə bilər.

Apasport.az yerli mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə yollarını ayırmağa hazırlaşır. 

Super Liqa təmsilçisi “Fənərbaxça” Pioli ilə maraqlanır. İstanbul klubu yaxın zamanda mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, “Milan” Piolinin rəhbərliyi altında 2021/2022 mövsümündə A Seriyasını qazanıb. 

0