"Fənərbaxça" "Latsio" ilə qarşılaşacaq
28.07.2025 - 14:45

"Fənərbaxça" 2025-26 mövsümünə hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində daha bir matç keçirəcək.
Komanda "Latsio" ilə qarşılaşacaq.
Görüş Şükrü Saracoğlu adına İdman Kompleksində baş tutacaq. Oyuna saat 20:30-da start veriləcək.
Qeyd edək ki, "Fənərbaxça" son yoxlama matçında "Benfika"ya məğlub olub - 2:3.
0
0