"Fənərbaxça" mövsümə qələbə ilə başlayıb
11.08.2024 - 01:53
"Fənərbaxça" mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasında 2024-2025 mövsümünün ilk turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, turun 2-ci oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk matçında "Kasımpaşa" "Konyaspor"la üz-üzə gəlib. Bol qollu keçən oyundan qonaqlar qalib ayrılıb: 3:2.

Saat 22:45-də baş məşqçi postuna sabiq braziliyalı futbolçu Aleks De Souzanı gətirən "Antalyaspor" İzmir təmsilçisi "Göztəpə"ni qəbul edib. Oyun elə başladığı kimi də başa çatıb: 0:0.

Günün mərkəzi matçında isə "Fənərbaxça" doğma meydanda "Adana Dəmirspor"la qarşı-qarşıya gəlib.

Joze Mourinyonun rəhbərliyi altında liqada ilk oyununa çıxan İstanbul təmsilçisi Edin Cekonun vurduğu yeganə qolla görüşdən qalib ayrılıb: 1:0.

Xatırladaq ki, mövsümün açılış matçında "Qalatasaray" "Rams Park"da "Hatayspor"u 2:1 hesabı ilə məğlub edib.

0