
Super Liqada çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbaxça" "Lion"un qapıçısı Lukas Perri ilə maraqlanır.
Apasport.az Braziliya mətbuatına istinadla xəbər verir ki, "sarı-qırmızılılar" Perri ilə danışıqlara başlayıb.
Lakin 27 yaşlı futbolçu "Fənərbaxça"nın prezidenti Ali Koçun təklifi və Joze Mourinyo ilə danışıqlardan sonra transfer variantlarını yenidən dəyərləndirməyə başlayıb.
Hazırda "Fənərbaxça"nın da Fransa klubu ilə danışıqlar apardığı bildirilib.
Məlumata görə, braziliyalı qolkiper Mourinyo ilə çalışmaq istəyir.
Əgər təklif rəsmiləşərsə, "Lion" mümkün transferdə vəziyyəti çətinləşdirməyəcək.
"Qalatasaray" Lukas Perri üçün 4+1 milyon avro təklif edib. "Fənərbaxça"nın da bu transfer üçün oxşar təklif etdiyi və Perrinin transfer haqqı üçün 4-5 milyon avro büdcə ayırdığı bildirilib.
“Fənərbaxça”nın Perriyə “Qalatasaray”da alacağı maaşın 3 mislini təklif etdiyi də iddia edilib.
Qeyd edək ki, "cimbom"un əfsanə qapıçısı Fernando Musleranın müqaviləsi bu mövsümün sonunda başa çatacaq. "Fənərbaxça"nın xorvat qolkiperi Dominik Livakoviç isə İngiltərədə oynamaq istəyir və mövsümün sonunda təklifləri dəyərləndirəcək.