"Fənərbaxça" və "Trabzonspor" cəzalandırıldı
01.04.2024 - 17:39
"Fənərbaxça" və "Trabzonspor" cəzalandırıldı

Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərmələrlə bağlı qərarları açıqlayıb.

Apasport.az xəbər verir ki, açıqlamada "Fənərbaxça" və "Trabzonspor"un 400 min TL cərimə olunduğu bildirilib.

Qeyd olunub ki, "Fənərbaxça"nın prezidenti Ali Koç və "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan 39 min TL cərimə olunub.

Qeyd edək ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. 

1