“Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
02.07.2026 - 17:51
“Fənərbaxça”nın hücumçusu Sidiki Şerif komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, qvineyalı futbolçu ilə Almaniya Bundesliqasından iki klub maraqlanır.
Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi Şerifi icarəyə verməyə hazırdır. Lakin “Fənərbaxça” futbolçunu transfer hüquqları ilə birlikdə satmaq niyyətində deyil.
Afrikalı hücumçu ötən ilin yayından “sarı-lacivərdlilər”in formasını geyinir.
Qeyd edək ki, Sidiki Şerif başa çatan mövsümdə Super Liqada 12 oyunda meydana çıxıb və 2 qol vurub.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0