“Fənərbaxça”da ayrılıq - VƏTƏNİNƏ QAYITDI
14.08.2026 - 13:25
“Fənərbaxça” braziliyalı yarımmüdafiəçi Fredlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu 33 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
2023-cü ilin avqustunda “Mançester Yunayted”dən “Fənərbaxça”ya transfer olunan yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində 129 matça çıxıb. O, bu görüşlərdə 12 qol vurub və 21 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fred karyerasını vətənində davam etdirəcək. Braziliyalı futbolçu “Atletiko Mineyro”ya keçib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0