“Fənərbaxça”dan açıqlama
08.04.2024 - 09:49
“Fənərbaxça”dan açıqlama

"Fənərbağça"nın mətbuat xidməti Türkiyə Superkubokunda "Qalatasaray"la matçın yarımçıq qalmasından sonra açıqlama yayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bu gün meydana qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız zaman bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün idman növlərində türk idmanına xidmət etmişik. Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var. 30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 7 aprel tarixində "Fənərbaxça" - "Qalatasaray" arasında keçirilən Super Kubok matçı yarımçıq qalıb. "Bülbüllər" matçın 3-cü dəqiqəsində meydanı tərk ediblər. 

0