Türkiyə Super Liqa komandalarından “Fənərbaxça” və “Kasımpaşa”nın Türkiyə Kubokunda iştirak etmək istəmədikləri iddia edilib.
Apasport.az xəbər verir ki, komandalar kubokda iştirak etməsələr, Türkiyə Futbol Federasiyasının müsabiqə üçün hazırladığı qaydaların 11-ci maddəsinə əsasən, cəzalandırılacaqlar.
Bu bəndə görə kuboka vəsiqə qazanan hər hansı bir komanda müsabiqədə könüllü olaraq iştirak etməsə, hökmən məğlub sayılır və turnirdən kənarlaşdırılır. Bundan başqa, həmin klub gələn mövsüm müsabiqəyə buraxılmır.
Həmçinin komandalar Türkiyə Futbol Fedderasiyasına dəyən ziyanı da qarşılamalıdırlar.
Xatırladaq ki, ötən mövsüm Türkiyə Kubokunu “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən “Beşiktaş” muzeyinə aparmışdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”