"Fənərbaxça"lılara şad xəbər: Komandadan gedir
24.01.2025 - 13:18
"Fənərbaxça"lılara şad xəbər: Komandadan gedir

Super Liqa təmsilçilərindən "Fənərbaxça" Samet Akaydınla yollarını ayırmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Çaykur Rizəspor"la anlaşıb. 

30 yaşlı müdafiəçinin Qara dəniz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

"Fənərbaxça"lı azarkeşlər uzun müddətdir uğursuz çıxış edən futbolçunun keçidini səbirsizliklə gözləyir. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü "sarı-lacivərd" forması ilə 41 matça çıxıb, 1 qol vurub. 

0