"Fənərbaxça"nın Avroliqadakı rəqibi malili futbolçu ilə güclənib
31.08.2024 - 15:44
“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Malinin “Qidars” klubundan Seku Koneni transfer edib. 18 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqavilə detalları açıqlanmayıb.
İngiltərə mətbuatının xəbərinə görə, “Mançester Yunayted” Seku üçün 1,2 milyon avro ödəyib.
Kone Mali yığmasının da üzvüdür. O, “qırmızı şeytanlar”ın U-21 komandasında oynayacaq.
Qeyd edək ki, Avropa Liqasının liqa mərhələsində "Mançester Yunayted" "Fənərbaxça"nın qonağı olacaq.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0