"Fənərbaxça"nın futbolçusu "Konyaspor"a keçdi
25.07.2024 - 17:33
"Fənərbaxça"nın futbolçusu "Konyaspor"a keçdi

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Umut Nayir "Konyaspor"a keçib. 

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Tanınmış insayderin sözlərinə görə, bölgə klubu İstanbul nəhənginin futbolçusu ilə 3 illik müqaviə imzalayıb.

Qeyd edək ki, o, 2023-cü ildə "Eyüpspor"dan "sarı-lacivərdli" kluba keçmişdi.

0