"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatan Brayt Osayi-Samuel komandadan ayrılan bilər.
Apasport.az xəbər verir ki, nigeriyalı sağ cinah müdafiəçisi klubla yeni sözləşmə barədə razılıq əldə edə bilməyib. Tərəflər maaş məsələsində anlaşa bilmir.
Osayi-Samuelin "Fənərbaxça"nın əzəli rəqibi "Qalatasaray"a keçmək ehtimalı var. Bu barədə futbolçunun meneceri Steven Bek klubu məlumatlandırıb. O, "sarı-lacivərtlilər"in rəhbərliyinə "Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldıqlarını və müdafiəçinin bundan aşağı maaşla yeni sözləşmə imzalamayacağını bildirib.
Qeyd edək ki, "Fənərbaxça" Brayt Osayi-Samueli 2021-i ilin yanvar ayında QPR-dən transfer edib. 26 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı
- Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi