“Fənərbaxça”ya Fransadan rəqib
27.12.2023 - 10:24
“Fənərbaxça”ya Fransadan rəqib

"Fənərbaxça"nın Premyer Liqadan "Vest Hem"in futbolçusu Səid Benrahmanı heyətinə qatmaq istəyir.

Apasport.az xəbər verir ki, dəyəri 22 milyon avro olan əlcəzairli sol cinah oyunçunu heyətinə qatmağı planlaşdıran "Fənərbaxça"nın önəmli rəqibi olduğu ortaya çıxıb.

Fransanın "Lion" komandası da Benrahmanı icarəyə götürmək istədiyi məlum olub.

Qeyd edək ki, Əlcəzair millisində 25 dəfə forma geyinən Səid Benrahma bu mövsüm "Vest Hem "lə 19 rəsmi matçda 2 məhsuldar ötürmə edib.

0