“Fənər”dən Müller həmləsi
10.04.2025 - 23:27
Almaniya Bundesliqası təmsilçisi "Bavariya"dan ayrılacağını açıqlayan Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" alman futbolçu ilə yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Mülleri komandasında görmək istəyir. "Sarı-lacivərdlilər" 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0