Ferqyuson Premyer Liqa klubunda
04.02.2025 - 11:25
Premyer Liqa klublarından “Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London klubu “Brayton”dan Evan Ferqyusonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu mövsümün sonuna kimi “Vest Hem”in formasını geyinəcək.
Qeyd edək ki, irlandiyalı forvard bu mövsüm 30 oyunda 2 qolla yadda qalıb.
0
0