FIFA 20 milyard dollar dəyərində kommersiya şirkəti yaratmaq planını ləğv edib.
Apasport.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.
Layihə Dünya Kuboku və digər FIFA turnirlərinin kommersiya hüquqlarının idarə olunması məqsədilə ayrıca şirkətin yaradılmasını nəzərdə tuturdu.
Plana beynəlxalq investorların cəlb edilməsi də daxil idi.
Lakin FIFA prezidenti Canni İnfantino gələn tənqidlərdən sonra bu təşəbbüsü həyata keçirməmək qərarına gəlib:
“Bütün fikirləri diqqətlə dinlədik. Aydın oldu ki, bu layihə müəyyən dəstəyə malik olsa da, yaratdığı fikir ayrılığı ilkin məqsədlərimizə uyğun deyil. Bizim məqsədimiz həmişə futbolu birləşdirmək və inkişaf etdirmək olub. Buna görə də bu təklif həyata keçirilməyəcək”, – deyə İnfantino bildirib.
Qeyd edək ki, sözügedən layihə UEFA-nın ciddi narazılığına səbəb olmuş, Avropa futbol qurumu və ona üzv assosiasiyalar turnirlərin kommersiyalaşdırılması planına qarşı çıxmışdı.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”