FİFA Azərbaycanda pilot layihə həyata keçirəcək
27.02.2024 - 10:21
FİFA Azərbaycanda pilot layihə həyata keçirəcək

2024-cü ilin martında Kişilər arasında Beynəlxalq Oyun Təqvimi pəncərəsində FİFA Seriyasının pilot mərhələsi həyata keçiriləcək.

Apasport.az xəbər verir ki,  oyunlar 18-26 mart tarixlərində 4 ölkədə baş tutacaq. Beynəlxalq yoldaşlıq görüşləri Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada keçiriləcək. 

Hər ölkədə 4 komanda yarışacaq və hər komanda 2 matç oynayacaq. 

Əlcəzair

Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika

Azərbaycan

Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan

Şri Lanka

Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası

Səudiyyə Ərəbistanı

A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.

B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.

 

0