“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Madrid “Real”ına qarşı 1:2 hesablı məğlubiyyətlə nəticələnən “El-Klasiko” barədə danışıb.
Apasport.az xəbər verir ki, alman mütəxəssis həmin qarşılaşmanı xatırlamaq istəmədiyini bildirib:
“Real"la görüşü xatırlamaq istəmirəm, çünki yaxşı təcrübə deyildi. Şüşə arxasında olmaq o qədər də xoş deyildi. Öz üzərimdə işləməliyəm ki, belə hallar gələcəkdə təkrarlanmasın".
Xatırladaq ki, Flik qarşılaşmanı “Santyaqo Bernabeu” tribunalarından izləyib. O, əvvəlki matçda qırmızı vərəqə aldığı üçün cəzalı idi.
“Barselona” La Liqada on turdan sonra lider “Real”dan beş xal geri qalır. Kataloniya təmsilçisi növbəti turda “Elçe” ilə qarşılaşacaq.