Flik İspaniyada heç bir almanın edə bilmədiyini edib
10.09.2024 - 11:34
Flik İspaniyada heç bir almanın edə bilmədiyini edib

La Liqa təmsilçilərindən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının avqust ayının ən yaxşı məşqçisi seçilib.

Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, o, tarixdə bu mükafatı alan ilk alman mütəxəssis olub.

Bundan əvvəl heç bir alman məşqçi La Liqada ayın ən yaxşı məşqçisi mükafatını almamışdı.

Flik 2024/2025 mövsümü başlamazdan əvvəl Kataloniya nəhənginin sükanı arxasına keçib. O, "Barselona"da ispaniyalı Xavi Hernandesi əvəzləyib.

Qeyd edək ki, alman məşqçinin rəhbərliyi altında La Liqaya ardıcıl 4 qələbə ilə başlayan "blaugrana" turnir cədvəlində birinci yerdədir.
 

0