Frank de Bur “Əl-Cəzirə”də
06.06.2023 - 09:01
Frank de Bur “Əl-Cəzirə”də

Frank de Burun yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis “Əl-Cəzirə”nin baş məşqçisi təyin edilib.

53 yaşlı çalışdırıcı yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Onun BƏƏ təmsilçisi ilə anlaşması iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, “Əl-Cəzirə” son çempionatda 5-ci yeri tutub.
 

0