Fred: “Ağlayan Messini görmək istəyirəm”
09.12.2022 - 10:02
Fred: “Ağlayan Messini görmək istəyirəm”

Braziliya millisinin sabiq futbolçusu Fred DÇ-2022-dən gözləntilərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, futbol veteranı mundialda pentakampeonlardan uğur gözləyir.

Fred yarımfinalda Argentina ilə Braziliyanın duelini arzulayır: “Xaos, döyüş, Neymarı, xanım azarkeşləri və ağlayan Messini görmək istəyirəm”.

Qeyd edək ki, 1/4 finalın bugünkü oyunlarında Braziliya Xorvatiyanı, Argentina Niderlandı sınağa çəkəcək.
 

0