Əfsanəvi futbolçunun oğlu 19 yaşında karyerasını bitirdi
20.01.2022 - 22:54
Əfsanəvi futbolçunun oğlu 19 yaşında karyerasını bitirdi

Əfsanəvi italiyalı futbolçu Andrea Pirlonun oğlu futbol karyerasını davam etməmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, bunu 19 yaşlı Nikkolo Pirlo özü açıqlayıb.

O, dəbli idman brendinə keçdiyini bildirib. Nikkolo sosial şəbəkə vasitəsilə “futbol dünyasını küçə stili geyimlərində nümayiş etdirəcək” brend yaratmaq niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, Andrea Pirlo İtaliya yığmasında 116 oyun keçirib. O, ötən ilin mayında “Yuventus”un baş məşqçi postunu tərk edib.