Gənclərin Yay Olimpiya Festivalında tarixi hadisə
28.07.2025 - 00:08

20-26 iyul tarixlərində Gənclərin Yay Olimpiya Festivalı keçirilib.
Apasport.az xəbər verir ki, festivalda ölkəmizi idman gimnastikası üzrə milli komandanın üzvləri - Rafael Həsənov, Albina Əliyeva, Aynaz Məcidzadə və Leyla Məmmədzadə təmsil ediblər.
Bu yarışda gimnastika tariximizdə ilk dəfə olaraq qadın idman gimnastikası üzrə komandamız 3 gimnastla çıxış edib.
Albina Əliyeva dayaqlı tullanma proqramında 35 ölkənin ən güclü gimnastları arasında final mərhələsinə yüksələrək tarixə düşüb.
Təəssüf ki, gimnastımız finalda ilk üçlükdə yer ala bilməyib.
0
0