[b]Hacıyevlə yeni müqavilə[/b]
27.06.2018 - 23:00
[b]Hacıyevlə yeni müqavilə[/b]

“Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/19 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.

 

Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

 

Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.

 

Qeyd edək ki, “Neftçi”də bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənmişdi.