Hakan Çalhanoğlu zədələndi
26.02.2024 - 15:29
Hakan Çalhanoğlu zədələndi

Bu mövsüm "İnter"dəki çıxışı ilə gündəmə gələn Hakan Çalhanoğlu zədələnib.

Apasport.az xəbər verir ki, İtaliya nəhəngi Türkiyə millisinin futbolçusunun zədəsi ilə bağlı açıqlama verib.

Ötən gün "İnter" - "Leççe" (4:0) matçında ağrı səbəbindən meydana çıxa bilməyən Hakan Çalhanoğlu matçı ehtiyat oyunçular skamyasında bitirib.

Klubun məlumatına görə, türkiyəlinin sağ budunun əzələsində gərginlik var. Təcrübəli futbolçunun vəziyyətinin yaxın günlərdə yenidən qiymətləndiriləcəyi bildirilib.

Digər tərəfdən İtaliya mətbuatında yer alan xəbərlərə görə, Hakan Çalhanoğlu A Seriyasında daha 2 matçda meydana çıxa bilməyəcək.

Beləliklə, 30 yaşlı futbolçu fevralın 28-də “İnter”in qonağı olacağı “Atalanta”, martın 4-də isə “Cenoa”nın qonağı olacağı matçlarda komandasını tək qoyacaq.

Bu mövsüm bütün yarışlarda 30 matça çıxan Hakan Çalhanoğlu 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

0