[b]Halldorsson rəsmən “Qarabağ”da [/b]
04.07.2018 - 12:10
[b]Halldorsson rəsmən “Qarabağ”da
[/b]

İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonun “Qarabağ”a keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bunu klubun rəsmi feysbuk səhifəsi açıqlayıb.

 

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən Ağdam klubu 34 yaşlı qolkiperlə iki illik müqavilə bağlayıb. Komandanın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qapıçı tibbi müayinədən keçdikdən sonra rəsmi anlaşmaya imza atıb.

 

Qeyd edək ki, Hannes milli komandasının heyətində 52 oyunda meydana çıxıb.

0