[b]Hames Rodriges “Bavariya”nı tərk edir[/b]
29.06.2018 - 17:10
“Bavariya”nın yarımmüdafiəçisi Hames Rodriges klubdan ayrılır. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, kolumbiyalı futbolçu yeni baş məşqçi Niko Kovaçın planlarına daxil deyil.
“Bavariya”da icarə əsasında çıxış edən Hamesin klubla olan sazişinin müddəti 2019-cu ilin yayında bitir. 26 yaşlı xavbekin transfer haqları “Real”a məxsusdu.
2017-18 mövsümündə “Bavariya” forması ilə bütün turnirlərdə 39 matçda meydana çıxan Hames Rodriges 8 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” və “Çelsi” Kolumbiya millisinin üzvü ilə yaxından maraqlanır.
0
0