[b]“Hər zaman ürəyim “Qarabağ”la döyünəcək” - İbrahim Şehiç[/b]
27.06.2018 - 16:53
[b]“Hər zaman ürəyim “Qarabağ”la döyünəcək” - İbrahim Şehiç[/b]

“Qarabağ” mənim ailəmdi, çox möhtəşəm illər keçirmişəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu İbrahim Şehiç deyib.

 

Bosniya və herseqovinalı qapıçı Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdam klubunun düşərgəsinə baş çəkib. Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyəti ilə görüşüb. O “Qarabağ”ın saytına bildirib ki, gələcəkdə hansı klubda oynayacağından asılı olmayaraq, Azərbaycan çempionunu unutmayacaq: “Klubdan ayrılanda bir çoxlarını görə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman “Qarabağ”ı dəstəkləyəcəm, ürəyim bu komanda ilə döyünəcək”.