Azarkeşlər futbolçuları təhdid etdi - Şok görüntülər
23.02.2026 - 21:22
Futbol üzrə Türkiyə I Liqasında XXVII tur davam edir.
Apasport.az xəbər verir ki, “Iğdır” öz meydanında “Erokspor”u qəbul edib.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan dərhal sonra ev sahiblərinin azarkeşləri komandanın futbolçuları və rəhbərliyinin qarşısını kəsərək onları təhdid ediblər.
Azarkeşlər "Bizi rüsvay etdiniz. Çox kədərliyik. İstəməyən oynamasın. Elə edərik ki, stadionda gəzə bilməzsiniz. Bizi buna məcbur buraxmayın!”, - deyə bildiriblər.
Həmin videonu sizə təqdim edirik.
0
0