İbrahimoviç nə vaxt qayıdır?
08.12.2022 - 15:29
İbrahimoviç nə vaxt qayıdır?

“Milan”ın futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, zədədən sonra bərpa prosesi keçən 41 yaşlı hücumçunun məşqlərə başlayacağı vaxt müəyyənləşib.

İsveçli forvard 2023-cü ilin yanvarında İtaliya klubunun hazırlıqlarına qatılacaq. O, komandasının BƏƏ-nin Dubay şəhərindəki toplanışına qatılacaq.

Qeyd edək ki, mayda dizindən əməliyyat olunan Zlatan cari mövsümdə meydana çıxmayıb. Onun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq.
 

0